08:49 04-06-2012
news_image
816
STOLÜSTÜ OYUNLAR

Axırdan üçüncü

Gürcüstanın Batumi şəhərində keçirilən qadınlar arasında sürətli şahmat üzrə dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 2 zəka sahibi ilə qatılan Azərbaycan yığmasının çıxışı uğursuz olub.

Belə ki, 11 turun yekununa əsasən 50 şahmatçı arasında komandamızın heyətində Gülnar Məmmədova (2345) 4,5 xalla 39-cu, Nərgiz Umudova (2231) 3 xalla 48-ci yeri tutub. Dünya çempionu adına isə bolqarıstanlı Antoaneta Stefanova layiq görülüb. O, 8,5 xal toplayıb.

Qeyd edək ki, hər 2 şahmatçımız bu gün start götürəcək blits növündə də güclərini yoxlayacaqlar.