10:45 04-06-2012
news_image
1090
DİGƏR NÖVLƏR

İradə Aşumovadan sıçrayış

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) iyun ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı stend atıcılığı üzrə Azərbaycan millisinin üzvlərindən fərqli, güllə atıcılarımız üçün uğurlu alınıb.

Belə ki, Dünya Kuboklarının yekununa əsasən açıqlanan cədvəldə London-2012 lisenziya qazanan İradə Aşumova çıxış etdiyi – 10 və 25 m məsafələrə atəşaçma yarışlarında irəliləyib. Afina-2004-ün bürünc mükafatçısı müvafiq olaraq, 5 və 12 rəqibini arxada qoyub. Nəticədə yığmamızın baş məşqçisi funksiyasını da yerinə yetirən Aşumova 56-cı (10 m) və 32-ci (25 m) yerlərə yüksəlib. Yalnız 10 m məsafəyə atəşaçma cədvəlində yer alan Nigar Bağırova müəlliməsindən fərqli, 33 pillə geriləyərək 122-ci pilləyə düşüb.

Ruslan Lunyov da Bağırovanın yolu ilə gedib. O, 10 m məsafəyə atəşaçmada 67-ci yerdə qərarlaşıb ki, bu da son siyahı ilə müqayisədə 9 pillə aşağıdır.

Stend atıcılarımızdan yalnız Olimpiya çempionumuz Zemfira Meftahətdinova mövqeyini qoruyub. O, mübarizə apardığı skit növündə yenə 13-cü yerdədər. Meftahətdinova komanda yoldaşı Nurlana Cəfərova 12, Emin Cəfərov isə 6 pillə geriləyib. Onlar hazırda müvafiq olaraq, 67-ci və 56-cı yerdədirlər.