09:10 06-06-2012
news_image
1682
DİGƏR NÖVLƏR

“Medallar uğrunda mübarizə apara bilərəm” - MÜSAHİBƏ

Azərbaycan gimnastı Aliyə Qarayeva Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, idmançımız söhbətində Avropa çempionatında qazandığı bürünc medalla bağlı sevincini bölüşüb və London-2012-də hədəfini açıqlayıb.

- Siz bizə çox xoş təəssüratlar bağışladınız. İstənilən halda, hər insan belə imkana malik olmur ki, daim fəxri kürsüdə yer alsın. Bu haqda danışın. Yüksəklikdə durmaq necədir?
- Əlbəttə, əladır. Çalışdıq və bir medal qazandıq. Hamımız – məşqçilər, həkimlər, masajçılar, hakimlərimiz, bütün federasiya – birgə işlədik və bunu layiqli qazandıq. Hesab edirəm ki, biz buna layiqik.

- Özünüz də gördünüz ki, zal sizi necə dəstəkləyirdi!
- Bu çox xoş və həqiqətən böyük kömək idi. Azarkeşlərə “çox sağ ol” deyirəm. Bu gün səhər zala çıxanda mənə dedilər ki, “Sənin necə dəstəkləyən azarkeş qrupunu gördun?” Dedim ki, “Bilirəm, görməmişəm, ancaq ehtimal edirəm”. Onlar isə söylədilər ki, “Azarkeşlər baraban, bayraqlarladır və onları bütün zal boyu asıblar”. Bu çox xoş idi.

- Siz tez-tez yarışlarda iştirak edirsiz, müxtəlif şəhərlərdə olursuz. Nijni Novqorod yadınızda necə qaldı?
- Düzünü desəm, mən burada zal və mehmanxanadan başqa heç nə görmədim. Yox, biz 2 gün dalbadal attraksiona getdik, luna-parkda olduq.

- Ümumiyyətlə, idmançılar çox inanclı insanlardır. Sizin hər yarışda öncə hansısa bir inancı sınayırsızmı?
- Mənim bununla bağlı heç bir şeyim yoxdur. Sadəcə, yaxşı çıxış etmək və öz işini görmək lazımdır.

- Bu da doğrudur. Hər halda, əsas özünə güvənmək, inanmaqdır. Sualım da elə inamla bağlıdır. London Olimpiadasına çox az qalmış köklənməniz necədir?
- Mən bu il özümü inamlı hiss edirəm. Hiss edirəm ki, medallar uğrunda mübarizə apara bilərəm. Bugünkü gün buna bir daha sübutdur. Ümid edirəm ki, Londonda nəticəm indikindən pis olmayacaq. Bunu çox istərdim. Mən bunun üzərində işləyəcəyəm.