09:37 06-06-2012
news_image
1000
STOLÜSTÜ OYUNLAR

İlk “20-lik”dən kənarda

Gürcüstanın Batumi şəhərində keçirilən şahmatçı qadınlar arasında dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın son 2 günündə zəka sahibləri şahmatın blits növündə mübarizə aparıblar.

Sürətli şahmatda olduğu kimi bu dəfə də Azərbaycan yığmasının üzvləri Gülnar Məmmədova (2345) və Nərgiz Umudova (2231) ümidləri doğrultmayıb. Onlar müvafiq olaraq, 21-ci və 47-ci yerləri tutublar. Məmmədova mümkün 15 xalda 8, Umudova isə 4-ünü toplaya bilib. Dünya çempionu adına isə 13 xalla Valentina Qunina (Rusiya) layiq görülüb.

Qeyd edək ki, sürətli şahmat yarışında həmyerlilərimizdən Gülnar 39-cu, Nərgiz 48-ci olmuşdu.