21:59 06-06-2012
news_image
1442
DİGƏR NÖVLƏR

Moskvada 3 azərbaycanlı

İyunun 9-da Rusiyanın paytaxtı Moskvada akademik avarçəkmə üzrə 51-ci Böyük Moskva Reqatası start götürəcək. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək ənənəvi yarışda Azərbaycan da təmsil olunacaq.

Məşqçi İlqar Tağıyevin rəhbərliyi altında Moskvaya 3 akademik avarçəkənimiz yollanacaq. Onlardan Aleksandr Qlotov kişilər arasında 1 nəfərlik qayıqla mübarizə aparacaq. Kamal Xanlarov – Fərid Saadov dueti isə 18 yaşlılar arasında 2 nəfərlik yüngül çəkili qayıqla yarışacaq.

Qeyd edək ki, Böyük Moskva Reqatası “Krılatskoe” Olimpiya Avarçəkmə Mərkəzində keçiriləcək.