08:42 08-06-2012
news_image
1132
STOLÜSTÜ OYUNLAR

Rəcəbov 4-cü oldu, bəxtinə Tomaşevski düşdü

Mixail Talın xatirəsinə həsr edilmiş şahmat üzrə ənənəvi beynəlxalq turnirin blits növünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Moskvada keçirilən yarışda Azərbaycanı təmsil edən Teymur Rəcəbov (2784) 9 mümkün xaldan 5,5-ni toplayaraq, 4-cü yeri tutub.

Həmyerlimizlə yanaşı, Maqnus Karlsen (Norveç, 2835), Levon Aronyan (Ermənistan, 2835), Vladimir Kramnik (2801), Aleksandr Morozeviç (2769), Yevgeni Tomaşevski (2738), Aleksandr Qrişuk (hamısı Rusiya, 2761), Hikaru Nakamura (ABŞ, 2775), Fabiano Karuana (İtaliya, 2770) və Lük Makşeynin (İngiltərə, 2706) qatılacağı yarışın blits növündə şahmatçıların tutacağı yerlərə uyğun olaraq, əsas turnirin təqvimi də müəyyənləşib. Rəcəbov 4 nömrə altında yarışa qatılacaq.

I tur. Teymur Rəcəbov - Aleksandr Morozeviç – 0,5:0,5
II tur. Aleksandr Qrişuk - Teymur Rəcəbov - 0,5:0,5
III tur. Teymur Rəcəbov - Yevgeni Tomaşevski – 1:0
IV tur. Maqnus Karlsen - Teymur Rəcəbov – 1:0
V tur. Teymur Rəcəbov - Levon Aronyan – 1:0
VI tur. Vladimir Kramnik - Teymur Rəcəbov – 1:0
VII tur. Teymur Rəcəbov - Lük Makşeyn – 1:0
VIII tur. Teymur Rəcəbov - Hikaru Nakamura – 1:0
IX tur. Fabiano Karuana - Teymur Rəcəbov - 0,5:0,5

Əsas yarışın təqvimi
I tur
Morozeviç – Karuana
Karlsen – Kramnik
Qrişuk – Makşeyn
Rəcəbov – Tomaşevski
Aronyan - Nakamura

Qeyd edək ki, yarış iyunun 19-da başa çatacaq.