12:50 08-06-2012
news_image

Avropa çempionatı üçün yığmamızın heyəti açıqlandı

Azərbaycan taekvondoçuları 16-21 yaşlıların lll Avropa çempionatına yollanır. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Yunanıstanın paytaxtı Afinada növbəti yarışda 11 idmançımız iştirak edəcək.

Milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev 7 oğlan və 4 qız taekvondoçunu - İmran Zalovu (54 kq), Pərvin Əliyev (58 kq), Elxan İsayev (63 kq), Səbuhi İsmayılzadə (68 kq), Vladislav Subbotin (74 kq), Ceyhun Həsənli (80 kq), Aydın Bəhməlovu (87 kq), Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Günay Ağayeva (53 kq) və Aytən Səmədlini (57 kq) heyətə cəlb edib.

Qeyd edək ki, yarış iyun 14-17-də keçiriləcək. Ayın 11-də yola düşəcək seçmə komandamız isə 8 gün sonra vətənə qayıdacaq.