10:15 11-06-2012
news_image
905
DİGƏR NÖVLƏR

Gent uğursuzluğu

Belçikanın Gent şəhərində qadınlar arasında qılıncoynatmanın sablya növü üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda heyətində London Olimpiadasına lisenziya qazanan Səbinə Mikina ilə yanaşı, Aidə Ələsgərova, Sevinc və Sevil Bünyatova bacılarının (hamısı “Neftçi” İSM) yer aldığı Azərbaycan yığması da iştirak edib.

Yarışın birinci günü fərdi çıxışlar olub və həmyerlilərimizdən nisbətən yaxşı nəticəni Səbinə Mikina göstərib. Təsnifat mərhələsini uğurla adlayan təmsilçimiz 1/32 finalda italiyalı Lukretsi Siniqialini udsa da (15:14), 1/16 finalda britaniyalı Coann Xatçinsonla bacarmayıb (13:15) və mübarizəni dayandırıb.

Aidə ilə Sevinc təsnifat mərhələni keçib, çıxışını 1/32 finalda dayandırıblar. Sevil isə ilkin mərhələsini adlaya bilməyib.