16:03 11-06-2012
news_image
662
DİGƏR NÖVLƏR

Avropa çempionatında 6-cı yer

Sloveniyanın Bled şəhərində yeniyetmələr arasında akademik avarçəkmə üzrə Avropa çempionatı keçirilib. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycanı Boris Yotov təmsil edib.

16 yaşlı avarçəkənimiz seçmə yürüşdə 2000 metr məsafəni 7 dəqiqə 26,32 saniyəyə qət edərək, 2-ci yeri tutub. Bu nəticə ilə Yotov təsəlli yürüşünə vəsiqə qazanıb. Təmsilçimiz növbəti yürüşdə 7 dəqiqə 9, 35 saniyə nəticə ilə finişə birinci çatıb. Bununla da idmançımız əsas finala yüksəlib. Lakin o, həlledici yürüşdə 6 iştirakçı arasında sonuncu olub. Yotov finişə 7 dəqiqə 13,42 saniyəyə çatıb.

Qeyd edək ki, Boris Yotov ötən ilki Avropa çempionatında gümüş medal qazanmışdı.