08:38 13-06-2012
news_image
894
STOLÜSTÜ OYUNLAR

Liderlər dəyişmədi

Mixail Talın xatirəsinə həsr edilmiş şahmat üzrə ənənəvi beynəlxalq turnirdə IV turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Moskvada keçirilən yarışda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 1 tur öncə olduğu kimi yenə xal itkisi ilə üzləşib.

O, bu dəfə qara fiqurlarla rusiyalı Aleksandr Morozeviçlə (Rusiya) heç-heçə edib. 1-2-ci yerləri bölüşən zəka sahiblərinin işinə isə rəqiblərinin xal itirməsi yarayıb. Belə ki, baş tutan 5 matçdan 4-də “sülh” bağlanıb.

IV tur
Aleksandr Morozeviç (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5
Fabiano Karuana (İtaliya) – Yevgeni Tomaşevski (Rusiya) – 1:0
Lük Makşeyn (İngiltərə) – Hikaru Nakamura (ABŞ) - 0,5:0,5

3 turdan sonra turnir cədvəli: Rəcəbov, Morozeviç - 3, Kramnik - 2,5, Karuana, Aronyan, Karlsen - 2, Qrişuk, Nakamura, Makşeyn – 1,5, Tomaşevski – 1.

Qeyd edək ki, Rəcəbov bu gün ağ fiqurlarla Karlsenə qarşı oynayacaq.