08:15 14-06-2012
news_image
1205
STOLÜSTÜ OYUNLAR

İlk məğlubiyyət

Mixail Talın xatirəsinə həsr edilmiş şahmat üzrə ənənəvi beynəlxalq turnirdə V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Moskvada keçirilən yarışda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov ilk məğlubiyyətini alıb.

Ağ fiqurlarla oynayan həmyerlimiz Maqnus Karlsenlə bacarmayıb. Nəticədə Teymur mövqeyini itirib. O, Kramnik və Karlsenlə 2-4-cü yerləri bölüşür. Morozeviç isə Levon Aronyana qalib gəlməklə, vahid lider olub.

V tur
Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) – 0:1
Levon Aronyan (Ermənistan) - Aleksandr Morozeviç (Rusiya) – 0:1
Hikaru Nakamura (ABŞ) - Vladimir Kramnik (Rusiya) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya) - Fabiano Karuana (İtaliya) – 0,5:0,5
Yevgeni Tomaşevski (Rusiya) – Lük Makşeyn (İngiltərə) –0,5:0,5

5 turdan sonra turnir cədvəli: Morozeviç - 4, Rəcəbov, Kramnik, Karlsen - 3, Karuana - 2,5, Aronyan, Qrişuk, Nakamura, Makşeyn – 2, Tomaşevski – 1,5.

Qeyd edək ki, Rəcəbov bu gün qara fiqurlarla Qrişuka qarşı oynayacaq.