12:33 18-06-2012
news_image

Avropa çempionatında 3 medal

Yunanıstanın paytaxtı Afinada 16-21 yaşlı taekvondoçular arasında keçirilən Avropa çempionatı başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisinin heyətində Aydın Bəhməlovun (87 kq) ardından daha 2 idmançımız bürünc medala sahib olub.

Belə ki, yarışın son günü taekvondoçularımızdan Xəyalə Quliyeva (46 kq) və Türkanə Tahirli (49 kq) yarımfinalda uduzmalarına baxmayaraq, fəxri kürsünün üçüncü pilləsində yer almağı bacarıblar. Beləliklə, seçmə komandamız Avropa çempionatını 3 bürünc medalla başa vurub.

Qeyd edək ki, yığmamız Bakıya iyunun 19-da dönəcək.