11:18 21-06-2012
news_image
1304
DÖYÜŞ NÖVLƏRİ

Bara gedən 10 cüdoçumuz

Sabah Çernoqoriyanın Bar şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyi start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda millimizin məşqçiləri Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında 10 idmançımız qüvvəsini sınayacaq.

Bunlar Sadıq Qurbanov, Elnur Abbasov (hər ikisi 50 kq), İlkin Babazadə, Mirsədi Gəncəli (hər ikisi 55 kq), İlkin Məmmədov (60 kq), Məhərrəm Məhərrəmov, Rüfət İsmayılov (hər ikisi 66 kq), Əhməd Alıbabayev (73 kq), Leyla Əliyeva (40 kq) və Əfsanə Hüseynovadır (52 kq).

Avropa birinciliyində Azərbaycanı hakim qismində Fariz Hüseynov təmsil edəcək.