18:58 21-06-2012
news_image
1114
DİGƏR NÖVLƏR

Bakıda 9 min 500 avroluq yarış

Sabah Binə Atçılıq Mərkəzində CSİ-1*-W kateqoriyalı “Sərhədçi Kuboku” uğrunda beynəlxaq turnir start götürəcək. Apasport.az saytının məlumatına görə, konkur növü üzrə keçiriləcək yarışda Azərbaycan idmançıları ilə yanaşı, Polşa, Türkiyə və Almaniya çaparları da iştrak edəcəklər.

Beynəlxalq turniri idarə edəcək hakimlər briqadası Bolqarıstan, İran və Türkiyədən dəvət olunub. 3 gün davam edəcək kubokun ilk 2 günü yarışlar saat 11:00-da, 3-cü günü isə saat 14:00-da başlayacaq. Buna qədər isə atçılıq idmanı həvəskarları növbəti Cıdır yarışlarını da izləyə biləcəklər. İyunun 24-də saat 11:00-da növbəti Cıdır birinciliyinə də start veriləcək.

Qeyd edək ki, “Sərhədçi Kuboku” uğrunda beynəlxalq turnirinin ümumi mükafat fondu 9 min 500 avrodur.