10:43 25-06-2012
news_image
1846
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycanlı cüdoçu Barda ermənini döydü - FOTO

Çernoqoriyanın Bar şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa birinciliyi başa çatıb. Apasport.az saytının məlumatına görə, səfərə 10 idmançı ilə yollanan Azərbaycan millisi yarışda 1 qızıl və 3 bürünc medal qazanıb.

Belə ki, 55 kq çəki dərəcəsində mübarizə aparan İlkin Babazadə bütün rəqiblərini məğlub edərək, Avropa çempionu adına yiyələnib. O, ilk 3 qarşılaşmada Xorvatiya, Albaniya və Gürcüstan cüdoçusunu məğlub edərək, yarımfinala yüksəlib. İlkin yarımfinalda erməni Harutyun Dermişyana 2 yuko xalı ilə qalib gəlib və finala çıxıb. Həlledici görüşdə daha bir Gürcüstan təmsilçisi Beka Natatralaşvilini təmiz qələbə - ippon xalı ilə məğlub edən həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ondan fərqli, millimizin digər 3 cüdoçusu Sadiq Qurbanov, Elnur Abbasov (hər ikisi 50 kq) və İlkin Məmmədov (60 kq) qitə birinciliyinin bürünc medallarını qazanıblar.

Bu nəticə ilə Azərbaycan komanda hesabında 39 ölkə arasında 4-cü yeri tutub.