10:57 28-06-2012
news_image
1009
DİGƏR NÖVLƏR

Olimpiyaçımızdan ardıcıl 5-ci qızıl

Bədii gimnastika üzrə 19-cu Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya İdman Kompleksində baş tutan yarışda böyüklərlə yanaşı, 1997-1999-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayıb.

Böyüklərin yarışında gözlənildiyi kimi çempionluğu Aliyə Qarayeva bayram edib. O, London-2012-də təqdim edəcəyi proqramla həm çoxnövçülükdə (113,55), həm də ayrı-ayrı növlərdə bütün rəqiblərini qabaqlayaraq, ardıcıl 5-ci dəfə çempionatın qızıl medalına sahib olub.

İkinci yeri Lalə Yusifova (104,925), üçüncü pilləni Ayşə Mustafayeva (98,175) tutub.

1997-1999-cu il təvəllüdlü gimnastların yarışında isə Nilufər Niftəliyeva (105,8) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mənsurə Bağıyevanın (102,525) gümüş qazandığı çempionatda ilk “3-lüyü” Gülsüm Şəfizadə (100,525) qapayıb.

Qeyd edək ki, yarışda gimnastların çıxışını Azərbaycan, Latviya, Serbiya, Sloveniya, Cənubi Afrika Respublikası və Meksikadan olan hakimlər briqadası qiymətləndirib.