09:08 02-07-2012
news_image

Boksçumuz Avropa çempionu oldu

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan yığması yarışı 1 qızıl və 4 bürünc medalla tamamlayıb.

Turnirin son günündə 57 kq çəki dərəcəsində mübarizə aparan Şamil İbrahimzadə rinqə çıxıb. Boksçumuz finalda rusiyalı Arkadi Plemeniçenko ilə üz-üzə gəlib. Daha yaxşı təsir bağışlayan həmyerlimiz 14:9 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, komandamızın digər üzvlərindən Elnur Şəfizadə (48 kq), Cavid Quliyev (60 kq), Orxan Əliyev (80 kq) və Məhəmmədəli Tahirov (+80kq) bürünc medala sahib olublar.