10:10 09-07-2012
news_image
1188
STOLÜSTÜ OYUNLAR

Topalov Məmmədyarovun bürünc qazanmasına imkan vermədi

Sürətli şahmat dünya çempionatının qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan milli komandasının liderləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov mükafatçılar sırasında yer ala bilməyiblər.

Belə ki, 15 mümkün xaldan 9,5-ni toplayan Məmmədyarov şəxsi göstəricilərə əsasən 4-cü olub. Onu bolqarıstanlı Veselin Topalov qabaqlayıb. Rəcəbov isə 7,5 xalla 9-cu yeri tutub.

Mundialın qalibi adını 11,5 xal toplayan rusiyalı Sergey Karyakin qazanıb.

Qeyd edək ki, dünya çempionatında bu gün blits yarışına start veriləcək. Burada da hər 2 şahmatçımız qüvvəsini sınayacaq.