09:51 10-07-2012
news_image
1040
DÖYÜŞ NÖVLƏRİ

Dünya çempionatlarının keçiriləcəyi şəhərlər bəlli oldu

AİBA İcraiyyə Komitəsinin Tailandda keçirilən toplantısında boks üzrə növbəti dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin adlarına aydınlıq gəlib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2013-cü ildə boks üzrə yeniyetmələr arasında dünya birinciliyi Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.

Bu Ukrayna Boks Federasiyasının AİBA bayrağı altında keçirəcəyi ilk dünya çempionatı olacaq. 2014-cü ildə gənclər arasında dünya birinciliyi isə Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq. Qeyd edək ki, bu il Sofiyada yeniyetmələr arasında Avropa birinciliyi keçirilib. Kanada isə 2014-cü ildə qadınlar arasında dünya çempionatına ev sahibliyi edəcək. Yarışı qəbul edəcək şəhər Monreal, Vankuver, Kalqari, Toronto və yaxud Kvebekdən biri olacaq.