15:34 11-07-2012
news_image
1110
DÖYÜŞ NÖVLƏRİ

Taekvondoçularımız 3 ölkədə 12 medal qazanıblar - FOTO

Azərbaycanın gənc taekvondoçuları qönşu ölkələrdə təlim-məşq və beynəlxalq yarışlarda iştirak ediblər. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, qurumun məşqçisi, beynəlxalq dərəcəli hakim Etibar İbrahimov rəhbərliyi ilə “Neftçi” İSM-in yetirmələri Türkiyədəki yarışı 3 medalla başa vurublar.

Akşehirdə 58 komandanın tərkibində 500-ə yaxın idmançənən iştirak etdiyi turnirdə Nərminə (49 kq) və Təranə Məmmədova (55 kq) bacıları qızıl medala, Samir Novruzov (55 kq) isə gümüş mükafata sahib olub. Bu nəticə ilə komanda hesabında 3-cü yeri tutan idmançılarımız bir qədər daha sonra İrana yollanıblar.

Gənc taekvondoçularımız iyulun əvvəlində Ərdəbildə təlim-məşqlərin ardından növbəti yarışda da yüksək pillələrə layiq olublar. Meşgində, İranın 25-dək yerli komandası ilə birgə yarışda Vladislav Subbotin (74 kq) və Anar Aslanov (37 kq) çempion olub. Samir Şirinov (80 kq), Qafur Məmmədov (54 kq), Elçin Əliyev (68 kq) və Anar Mehdiyev (45 kq) ikinci yeri, Samir Novruzov (54 kq) isə üçüncü pilləni tutub.

Bundan başqa, Rusiya Federasiyasının Saxa Respublikasında (Yakutiya) “Asiya Uşaqları” V beynəlxalq İdman Oyunlarında olimpiya çəkiləri üzrə yarışa qatılan gənc taekvondoçularımızdan 2 nəfəri də mübarizəni medalla başa vurub. Babək Əjdərli (48 kq) və Yusif Hüseynli yalnız finalda məğlub olaraq, gümüş medala sahib olublar.