18:38 11-07-2012
news_image
1143
STOLÜSTÜ OYUNLAR

Rəqibimiz heyətini açıqladı

Rusiya millisinin şahmat olimpiadası üçün ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun 27-dən sentyabrın 10-a kimi İstanbulda keçiriləcək məsul yarışa Vladimir Kramnik, Sergey Karyakin, Aleksandr Qrişuk, Aleksandr Morozeviç və Dmitri Yakovenkonun aparılması nəzərdə tutulub.

Şimal qonşularımız bu heyətin yekun olacağını düşünürlər. Yəni dəyişikliklər yalnız fors-major hallarda mümkün ola bilər. Komandada diqqət çəkən məqam Rusiyanın hazırkı çempionu, Dünya Kubokunun qalibi, ölkəsinin dünya reytinqində 5-cisi olan Petr Svidlerin kənarda qalmağıdır.

Qeyd edək ki, Olimpiadada Azərbaycan millisi də mübarizə aparacaq.