08:31 12-07-2012
news_image
1007
STOLÜSTÜ OYUNLAR

Yığmamız Moldovaya qalib gəldi

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, C divizionunda mübarizə aparan və ilk matçda Şotlandiyaya uduzan yığmamız II turda qələbəyə sevinib.

Belə ki, Moldova basketbolçuları ilə qarşılaşan basketbolçularımız 63:44 hesabı ilə qalib gəlib. Qrupumuzun digər matçında isə Şotlandiya Maltaya 57:80 hesabı ilə uduzub.

2 turdan sonra maltalılar 4 xalla qrupun vahid lideridir. Azərbaycan və Şotlandiyanın aktivində 3, Moldovanın isə 2 xalı var.

Qeyd edək ki, basketbolçularımız qrup mərhələsinin son turunda Malta yığması ilə qarşılaşacaq.