15:02 13-07-2012
news_image
1168
DİGƏR NÖVLƏR

Aleksandr Aleksandrov dünya çempionatının yarımfinalında! - FOTO

Litvanın Trakay şəhərində keçirilən 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycanın yeganə təmsilçisi Aleksandr Aleksandrov yarımfinala yüksəlib. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, əvvəlcə 22 yaşlı avarçəkənimiz 1 nəfərlik qayıqla (BM1X) 2000 metr məsafəyə seçmə yürüşdə iştirak edib.

O, finişə hamıdan tez - 7 dəqiqə 5,03 saniyəyə çatıb və öz yarımqrupunda ən yaxın izləyicisi Byörn-Yosteyn Sinqstadı (Norveç) 9,08 saniyə qabaqlayıb. Bu nəticə ilə Aleksandrov 1/4 finala çıxıb. Növbəti mərhələdə də avarçəkənimiz uğurla çıxış edib. Təmsilçimiz 7 dəqiqə 11,07 saniyə nəticə ilə birinci yeri tutub. İdmançımız ən yaxın izləyicisi Andre Redrı (Slovakiya) 4,12 saniyə üstələyib. Yarımfinal yürüşləri iyulun 14-də, final isə iyulun 15-də olacaq.

Qeyd edək ki, Aleksandr Aleksandrov 2012-ci il London Yay Olimpiya Oyunlarında da çıxış edəcək.