11:43 15-07-2012
news_image
1067
DÖYÜŞ NÖVLƏRİ

Yeniyetmə boksçularımızdan 2 qızıl medal

Azərbaycanın yeniyetmə boksçularından ikisi Yakutskda keçirilən “Asiyanın uşaqları” V beynəlxalq idman oyunlarında qızıl medala layiq görülüblər. Apasport.az saytının məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan İman Əhmədli finalda rusiyalı Arqen Jorobayevi 11:6 hesabı ilə məğlub edib.

Orxan Əliyev də (80 kq) həlledici görüşdə qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz Qazaxıstan nümayəndəsi Madiyar Nurqaliyev üzərində qələbə qazanıb – 13:10. Məsud Yusifzadə (52 kq) və Şamil Əliyev (70 kq) finalda uduzaraq, gümüş medala sahib olublar.