17:13 16-07-2012
news_image
1929
DÖYÜŞ NÖVLƏRİ

Güləşçilərimiz Yakutskda 8 medal qazandılar

Saxanın (Yakutiya) paytaxtı Yakutskda keçirilən “Asiyanın uşaqları” 5-ci beynəlxalq idman oyunlarında Azərbaycan sərbəst güləş komandası yaxşı nəticələr əldə edib. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, məşqçilər Namiq Quliyev və Elşad Allahverdiyevin başçılığı ilə idmançılarımız müxtəlif nominasiyalarda 8 medal qazanıblar.

Belə ki, Mahir Əmiraslanov (46 kq), yeniyetmə güləşçilər arasında dünya birinciliyinin iştirakçısı Vurğun Əliyev (50 kq) və Loğman Ağayev (58 kq) qızıl medal qazanıblar. Şahin Muxtarov (32 kq), Elvin Xıdırov (63 kq) və Turxan Qurbanov (76 kq) gümüş medallara sahib olublar. Bürünc medalları isə komandamıza Murad Süleymanov (54 kq) və Ruslan Aslanov (69 kq) qazandırıblar.

Beynəlxalq dərəcəli hakim Elman İsmayılov “Asiyanın uşaqları” oyunlarının keçirildiyi turnirdə sağlam rəqabətin hökm sürdüyünü qeyd etmişdir. O, eyni zamanda yaxşı texniki göstərici nümayiş etdirən respublika çempionu Vurğun Əliyevin göstəricilərini də fərqləndirmişdir.