15:41 18-07-2012
news_image
1466
DİGƏR NÖVLƏR

Portuqaliya yığmamıza “5” verdi

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda 21 yaşınadək oğlan otüstü hokkeyçilər arasında Avropa birinciliyinin II turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisi ev sahibləri ilə qarşılaşıb.

Təəssüf ki, portuqaliyalılar hokkeyçilərimizin daşını-daş üstə qoymayıblar. Birinci hissəni 1:0 hesabı ilə öz xeyrinə başa vuran rəqib fasilədən sonra daha 4 cavabsız qol vuraraq, Azərbaycan hokkeyçilərini böyük hesabla məğlubiyyətə uğradıblar - 5:0.

Qeyd edək ki, millimiz ilk turda Cəbəllütariqlə heç-heçə (1:1) oynayıb. Komandamız sabah Türkiyə təmsilçiləri ilə qarşılaşacaq. İyulun 21-də rəqibimiz Yunanıstan, 1gün sonra isə Kipr hokkeyçiləri olacaq. İyulun 22-də yarışa yekun vurulacaq.