18:26 19-07-2012
news_image
1325
DİGƏR NÖVLƏR

Millimiz Portuqaliyaya böyük hesabla qalib gəldi

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda 21 yaşınadək qızlar arasında otüstü hokkey üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ilk matçında ev sahibləri ilə qarşılaşıblar.

Hər hissədə 3 qol vuran və öz qapısından birini buraxan yığmamız yekunda 6:2 hesabı ilə qələbə qazanıb. Rəqib qapısına vurulan qolların 4-nün müəllifi Rəna Mehdiyeva olub. Digər 2 top isə Fəridə Məmmədova və Amaliya Həsənovanın aktivindədir.

Qeyd edək ki, Ceyhun Mirzəyevin yetirmələri sabah Türkiyə millisinə gücünü göstərəcək.