10:44 21-07-2012
news_image
1222
DİGƏR NÖVLƏR

Yığmamızın sevinci uzun sürmədi

Portuqaliyanın paytaxtı Lissabonda otüstü hokkey üzrə 21 yaşınadək oğlanlar və qızlar arasında keçirilən Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın son günü Saleh Hüseynovun yetirmələri istirahət etsələr də, qızlardan ibarət yığmamız ikinci oyunlarına çıxıblar.

Təəssüf ki, ilk matçda Portuqaliya millisini 6:2 hesabı ilə məğlub edən komandamız II turda qardaş Türkiyə təmsilçiləri ilə bacarmayıblar. Matçın 17-ci dəqiqəsində hesabda irəli çıxan “ay-ulduzlular” yekunda həmin hesabla da qələbə qazanıblar.

Portuqaliya və İrlandiya komandalarının oyununda isə meydan sahibləri 0:7 hesabı ilə uduzublar. Beləliklə, qızların yarışında İrlandiya yığması 6 xalla liderdir. Azərbaycan və Türkiyə hokkeyçiləri 3 xalla müvafiq olaraq, 2-ci və 3-cü yerləri tuturlar. Keçirdiyi hər 2 oyunda uduzan Portuqaliya komandası 4-cü sıradadır.

Yığmamız III turda irlandiyalılarla qarşılaşacaq.