11:12 21-07-2012
news_image

Avropa çempionatında 4 medal

Polşanın Katovitse şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında qızların mübarizəsinə yekun vurulub. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, birinciliyi Azərbaycan yığması 4 medalla başa vurub.

Belə ki, 52 kq çəki dərəcəsində çıxış edən Almaz İsmayılova Böyük Britaniya, Almaniya və Polşalı rəqibləri üzərində qələbə qazanaraq finala çıxıb, amma həlledici qarşılaşmada Rusiya güləşçisinə uduzaraq gümüşlə kifayətlənib.

65 kq çəki dərəcəsində çıxış edən Raqnetta Qurbanzadə Ukrayna, İsveç vəRusiya güləşçilərini məğlub edərək finala çıxıb, amma həlledici görüşdə Bolqarıstanlı rəqibinə uduzaraq qitə çempioantını gümüş medalla bitirib. 56 kq çəkidə mübarizə aparan Alyona Kolesnik isə 5-ci yeri tutub. Sahilə Ələkbərova (40 kq) və Arzu Əliyeva (46 kq) isə 3-cü yeri tutub.

Komanda hesabında 45 xal toplayan yığmamız 5-ci olub. İlk dördlükdə Rusiya (90 xal), Ukrayna (75 xal), Polşa (50 xal) və Türkiyə (48 xal) qərarlaşıb.