23:44 22-07-2012
news_image
2150
STOLÜSTÜ OYUNLAR

Millimizin üzvü “Beşiktaş”da oynadı

Konyada keçirilən və azərbaycanlı şahmatçıların da qatıldığı klublararası Türkiyə çempionatına bazar günü baş tutan 13-cü turun oyunları ilə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, çempionatın qalibi adını isə son turda "Antalya Deniz Gənclik" üzərində 8:2 hesablı qələbə qazanmaqla xallarının sayını 25-ə çatdıran, millimizin üzvü Şəhriyar Məmməyarovla Rauf Məmmədovun çıxış etdiyi "Beşiktaş" klubu qazanıb.

Daha bir həmyerlimiz - Vasif Durarbəylinin şərəfini qoruduğu "Ankara Qazi Universiteti" klubu isə çempionatı üçüncü pillədə başa vuraraq, bürünc medala layiq görülüb. Vasifin komandası son turda "Manisa"nı məğlubiyyətə uğradıb - 6,5:3,5.
Sport-Ekspress