10:36 24-07-2012
news_image
1854
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədli: Əsas məqsədim yenidən olimpiya çempionu olmaqdır

“London Olimpiadasında böyük ümidlərlə yollanıram. Əsas məqsədim qızıl medal qazanmaqdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında azərbaycanlı olimpiya çempionu Elnur Məmmədli deyib. Azərbaycanın London Olimpiadasında bayraqdarı olacaq 24 yaşlı cüdoçu 4 il öncə Pekində keçirilən turnirdə qələbəni bayram etdi.

İngiltərəyə də iddialı yollanan Elnur həmin uğurunu təkrarlamaq əzmindədir: “Bu gün bizim üçün gözəl bir gündür. Olimpiyaçılarımız Londona yollanır və belə şənlik var. Əsas məqsədim yenidən olimpiya çempionu olmaqdır. Arzum budur ki, biz Olimpiadadan qayıdanda da belə sevinc olsun və bu cür yüksək səviyyədə qarşılanaq. Bunun üçünsə Londondan uğurla qayıtmalıyıq”.