18:39 24-07-2012
news_image
953
DİGƏR NÖVLƏR

“Bakıdakı beynəlxalq tennis turnirində iştirak etmək mənim üçün xoşdur”

“Bakıdakı beynəlxalq turnirdə ilk dəfədir iştirak edir. Burada olmaq mənim üçün xoşdur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı Open 2012” beynəlxalq turnirində iştirak edən rusiyalı tennisçi Olqa Puçkova deyib.

O, ilk dəfə qatıldığı turnirdə iştirakından razı qaldığını bildirib: “Turnirin bütün sponsorlarına, o cümlədən “Oriflame” şirkətinə minnətdarlığımı bildirirəm. Biz onunla özümü daha gözəl, rahat hiss edirik. Turnirdə təşkilatçılıq yüksək səviyyədədir. Burada hər şey xoşuma gəlir. Düzdür, bir az istidir. Ancaq Bakıdakı turnirdə iştirakımdan razıyam”.