14:12 28-07-2012
news_image
7918
DÖYÜŞ NÖVLƏRİ

Müşkiyev erməniyə uduzub, Londonu tərk edir - YENİLƏNİB

Bu gün London Yay Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib. Apasport.az saytının xəbərinə görə, tatami üzərinə çıxanlar arasında Azərbaycan yığmasının üzvü İlqar Müşkiyev də olub.

60 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız mübarizəyə 1/16 finaldan qoşulub. Təmsilçimiz ilk döyüşündə almaniyalı Tobias Enqlmayeri məğlub edən Ovanes Davtyanla (Ermənistan) görüşüb.

Təəssüf ki, İlqar ilk cəhddəcə uduzaraq, mübarizəni dayandırıb. Döyüşün ilk dəqiqələrində rəqibin xəbərdarlıq alması hesabına üstünlük qazanan həmyerlimiz ardından erməninin vazari fəndi qarşısında aciz qalaraq, Londonla vaxtından əvvəl vidalaşıb.

Qeyd edək ki, Olimpiya Oyunlarında bundan sonra daha 7 cüdoçumuz mübarizə aparacaq.