18:50 31-07-2012
news_image
1742
DÖYÜŞ NÖVLƏRİ

“İndi döyüş barədə düşünürəm”

London Yay Olimpiadasında çıxış edən boks üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nəriman Abdullayev bu gün rinqə çıxacaq Heybətulla Hacəliyevin (64 kq) ilk döyüşə hazırlığını qənaətbəxş sayır. Apasport.az saytının Londona ezam olunmuş xüsusi müxbirinə açıqlamasında baş məşqçi bugünkü döyüşlə bağlı proqnoz vermək istəməyib.

Mütəxəssis yalnız bu döyüşdən sonra danışmağın məqsədəuyğun olduğunu bildirib: “Qabaqcadan danışmağın düşər-düşməzi olur. İndi axşamkı döyüş barədə düşünürəm. Axşam döyüşdən sonra danışarıq”.