19:02 01-08-2012
news_image
1709
DÖYÜŞ NÖVLƏRİ

Ömərov dünya çempionumuzdan geri qalmadı

London Olimpiadasına uğurla başlayan azərbaycanlı boksçu Məhəmmədrəsul Məcidovun növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvləri arasında ən ağır çəkili idmançımız (+91 kq) Məhəmməd Ömərov (Rusiya) - Dominik Breazeale (ABŞ) cütünün qalibi gözləyirdi. Bu döyüş Məcidovun nokdaunla qələbəsindən dərhal sonra başladı.

Ömərov dünya çempionumuzdan geri qalmayaraq, o da rəqibini nokdaunla məğlub etdi. Təmsilçimizin 1/4 finalda döyüşü avqustun 6-da yerli vaxta 22:30-da (Bakı vaxtı ilə 02:45-də) olacaq.