22:32 11-08-2012
news_image
2500
DÖYÜŞ NÖVLƏRİ

Olimpiya çempionumuzu yaxından tanıyaq!

XXX London Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandıran sərbəst güləşçimiz Toğrul Əsgərov (60 kq) 1992-ci il sentyabrın 17-də Gəncədə anadan olub. Apasport.az saytının xəbərinə görə, olimpiya çempionumuzun ilk uğuru 2010-cu ilə təsadüf edib.

O, həmin vaxt gənclər arasında dünya birinciliyinin finalına kimi yüksəlib və Avropa çempionu adını qazanıb. 1 il sonra isə yenə gənclərin dünya birinciliyinə qatılıb və burada fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

60 kq çəki dərəcəsində mübarizə aparan qəhrəmanımız 2010-cu ildə böyüklərin də dünya çempionatında qüvvəsini sınayıb və burada da gümüş medala sahib olub (55 kq çəki dərəcəsində). Bu il Avropa çempionu adını qazanan Əsgərov 2011-ci ildə Bakıda Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsinin bürünc mükafatçısıdır.

Toğrul Olimpiadaya Bolqarıstanın paytaxtı Sofiyada Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində çempion olmaqla lisenziya qazanmışdı. O, Londonda isə müvafiq olaraq, Almaniya, Yaponiya, ABŞ və Rusiya güləşçilərinə gücünü göstərərək, 19 yaşında Olimpiya çempionluğu sevinci yaşayıb.