11:21 15-08-2012
news_image

Mariya Stadnik: Bu, mənim üçün böyük nailiyyətdir

“Olimpiadadan yenə mükafatla qayıtdım. Ancaq bu dəfə bürünc deyil, gümüş oldu. Bu isə mənim üçün böyük nailiyyətdir”. Bunu apasport.az saytına açıqlamasında London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olan Azərbaycan güləşçisi Mariya Stadnik deyib.

48 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionumuz sayca XXX Olimpiadada 4 il öncə Pekində qazandığı medalın əyarını dəyişdirib. O, bu dəfə bürüncü gümüş etməyi bacarıb. Bunu irəli addım sayan Stadnik hər şeyi çəkilən zəhmətin nəticəsi hesab edir: “Bu, Olimpiya medalıdır. Bunu qazanmaq üçün çox əmək sərf olunmuşdu. Mənə azarkeşlik edənlərin, inananların hamısına “çox sağ ol” demək istəyirəm. Mənə inananların sayının çox olmasını bilmək böyük sevincdir. Növbəti Olimpiadada daha yaxşı nəticə göstərməyə çalışacam”.