13:48 15-08-2012
news_image

“Bu 4 il ərzində çox iş gördük, zəhmətimiz hədər getmədi”

“Bu 4 il ərzində çox iş gördük və zəhmətimiz hədər getmədi. Başda Federasiya prezidenti Fazil Məmmədov olmaqla, Azərbaycanın Güləş Federasiyası əla iş gördü”. Apasport.az saytının məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Saypulla Absaidov deyib. Dağıstanlı mütəxəssis yetirmələrinin XXX London Yay Olimpiya Oyunlarında çıxışına münasibət bildirib. O deyib ki, yetirmələrinin hamısının finala yüksələcəyini proqnozlaşdırırmış: “Əvvəlcədən deyirdim ki, 6 sərbəst güləşçimizin hamısı finala çıxa bilər, lakin təəssüf ki, belə olmadı. Buna baxmayaraq, Rusiya, İran və digər ölkələri qabaqladıq. Bu, özü artıq hər şeyi deyir. Bütün Azərbaycan xalqını Olimpiadada uğurlu çıxış münasibətilə təbrik edirəm!” Qeyd edək ki, sərbəst güləşçilərimiz Londonda 2 qızıl və 1 bürünc medal qazanıblar.