11:00 16-08-2012
news_image

“Bu qələbələr bütün idmançılarımıza örnək olar”

“Azərbaycan güləşçiləri London Olimpiadasında tarixi qələbə qazandılar. 2 qızıl, 2 gümüş və 3 bürünc medal böyük uğurdur”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov deyib.

Qurum rəsmisi pəhləvanlarımızın XXX London Yay Olimpiya Oyunlarındakı çıxışlarını şərh edib. Ölkəmizin qazandığı 10 medaldan 7-nin güləşçilərimizin aktivindədir. Cəfərov belə iştirak digər idmançılarımıza da ruh yüksəkliyi verəcək: “Bu, idman tariximizdə bir ilkdir və Azərbaycan xalqının qələbəsidir. Ümidvaram ki, qələbələr yenə ardıcıllıqla davam edəcək. Bizi dəstəkləyən hər bir kəsə təşəkkürümü bildirirəm. Doğrudan da, himnimizin 2 dəfə səslənməsi böyük sevinc idi. Bu qələbələr bütün idmançılarımıza örnək olar və onlar da komanda yoldaşları kimi belə uğurlu çıxışı davam etdirməyi planlaşdırarlar”.