13:35 16-08-2012
news_image
1361
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov yerini Teymur Rəcəbova verdi

Çinin paytaxtı Pekində keçiriləcək ənənəvi “SportAccord” Dünya İntellektual Oyunlarında mübarizə aparacaq şahmatçıların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışa 16 dünya səviyyəli kişi zəka sahibi qatılacaq ki, onlardan da 2-si Azərbaycanı təmsil edəcək.

Turnirdə ötən illə müqayisədə ölkəmizin idman şərəfini qoruyacaq şahmatçıların siyahısında dəyişiklik olub. 2011-ci ildə yarışda Şəhriyar Məmmədyarovla Vüqar Həşimov iştirak etmişdisə, bu il ikinci həmyerlimiz Asiyaya yollanmayacaq. Onun əvəzinə Çində gücünü Teymur Rəcəbov yoxlayacaq.

“SportAccord” Dünya İntellektual Oyunları dekabrın 12-də başlayıb, 8 gün davam edəcək.