11:24 20-08-2012
news_image
1068
DÖYÜŞ NÖVLƏRİ

FİLA-nın prezidenti Azərbaycana gəlir

Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, isveçrəlinin səfərində məqsəd Bakıdakı yeniyetmələr arasında dünya birinciliyində iştirak etməkdir. 12 illik fasilədən sonra baş tutacaq mundial avqustun 21-27-də olacaq. FİLA prezidenti isə Bakıya bu gün təşrif buyuracaq.

Yarışın açılış mərasimini canlı izləyəcək Martinettinin Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri ilə görüşü də nəzərdə tutulub. Lakin qurum rəhbəri turnirlərin təqviminin çox olması səbəbindən dünya birinciliyinin sonuna kimi Azərbaycanda qalmayacaq.

Yarışda, həmçinin FİLA-nın 4 rəsmi nümayəndəsi də iştirak edəcək.