23:00 22-08-2012
news_image
1148
DÖYÜŞ NÖVLƏRİ

Millimiz İranı qabaqlayıb, Rusiyadan geri qaldı

Avqustun 21-də Bakıda start götürən yeniyetmələrin Dünya çempionatında sərbəst güləş yarışları başa çatıb. Apasport.az saytının xəbərinə görə, yığmamızın üzvləri 8 medal qazanmaqla komanda hesabında ikinci nəticə göstəriblər. 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanan yığmamız ümumilikdə 74 xal toplayıb.

Qızıl medal
Coşqun Məmmədov (42 kq) - sərbəst güləş
Cahid Həsənzadə (58 kq) - sərbəst güləş

Gümüş medal
Ruslan Surxayev (50 kq) - sərbəst güləş
Çermen Baqayev (85 kq) - sərbəst güləş
Səid Həmidov (100 kq) - sərbəst güləş

Bürünc medal
Məhəmmədhüseyn Həsənov (54 kq) - sərbəst güləş
Şamil Sadullayev (69 kq) - sərbəst güləş
Məhəmmədhacı Muxutov (76 kq) - sərbəst güləş

Komanda hesabı

Sərbəst güləş
1. Rusiya - 77 xal
2. AZƏRBAYCAN - 74 xal
3. İran - 60 xal