21:00 28-08-2012
news_image
3558
STOLÜSTÜ OYUNLAR

Yığmamız Lüksemburq və Puerto-Rikonu darmadağın etdi

İstanbulda Ümumdünya Şahmat Olimpiadası start götürüb. Apasport.az saytının xəbərinə görə, sayca 40-cı olan nüfuzlu yarışda milli komandalarımız da daxil olmaqla, planetin 158 kişi, 131 qadın yığması mübarizəyə başlayıb. Sentyabrın 10-dək davam edəcək turnirin qalibi 11 turdan sonra bəlli olacaq.

İlk tur Azərbaycan üçün uğurlu alınıb. Vladimir Tukmakovun rəhbərlik etdiyi kişilərdən ibarət komandamız elə də güclü olmayan Lüksemburqla dueldən asan qələbə ilə ayrılıb – 4:0.

Fikrət Sideifzadənin kapitanı olduğu qadınlardan ibarət millimiz də eyni hesablı qələbə qazanıb. Xanımlarımız Puerto-Riko şahmatçılarına yarım xal belə verməyiblər.

I tur

Kişilər

AZƏRBAYCAN (2693) – LÜKSEMBURQ (2307) - 4:0
Mixael Viedenkeller (2475) - Teymur Rəcəbov (2788) - 0:1
Eltac Səfərli (2620) – Vlad Serban (2280) - 1:0
Klaude Vaqiner (2264) - Şəhriyar Məmmədyarov (2729) - 0:1
Rauf Məmmədov (2634) – Kristian Yeyts (2212) - 1:0

Qadınlar
PUERTO-RİKO (1825) – AZƏRBAYCAN (2266) - 0:4
Danitza Vaskes (1916) - Zeynəb Məmmədyarova (2285) - 0:1
Gülnar Məmmədova (2324) - Rinelli Komos (1810) - 1:0
Hilzandrili Paçeko (1820) - Türkan Məmmədyarova (2245) - 0:1
Xəyalə İsgəndərova (2205) - Ann Alvarez (1753) - 1:0