21:26 29-08-2012
news_image
2699
STOLÜSTÜ OYUNLAR

Yığmamız İrlandiyanı məğlub edib, Rumıniyaya uduzdu

İstanbulda keçirilən şahmat Olimpiadasında bu gün II turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə qələbə qazanan Azərbaycanın kişi və qadınlardan ibarət milliləri müvafiq olaraq, İrlandiya və Rumıniya yığmaları ilə üz-üzə gəliblər.

Vladimir Tukmakov komandasını irlandiyalılar önünə lider – Teymur Rəcəbovsuz (2788) çıxarıb. Onun əvəzinə I lövhə Eltac Səfərliyə etibar olunub. İlk turda ehtiyatda qalan Qədir Hüseynov isə IV lövhədə mübarizə aparıb. Görüş millimizin 3,5:0,5 hesablı qələbəsi ilə başa çatıb.

Kişilərlə yanaşı, qadın millimiz də fərqli heyətlə oynayıb. Kapitan Fikrət Sideyfzadə daha güclü rumınlara qarşı IV lövhədə Xəyalə İsgəndərovanı (2205) Nərgiz Umudova ilə əvəzləyib. Lakin onlar kişi zəka sahiblərimizin uğurunu təkrarlaya bilməyiblər və 1,5:2,5 hesabı ilə uduzublar.

29 avqust
II tur

Kişilər

AZƏRBAYCAN (2693, 7-ci yer) – İRLANDİYA (2389, 69-cu yer) - 3,5:0,5

Eltac Səfərli (2620) – Sem Kollinz (2459) - 1:0
Aleks Astaneh (2398) – Şəhriyar Məmmədyarov (2729) - 0:1
Rauf Məmmədov (2634) – Rayan Qriffis (2362) - 0,5:0,5
Deyri Mkmahan (2153) – Qədir Hüseynov (2613) - 0:1

Qadınlar

AZƏRBAYCAN (2266, 27-ci yer) – RUMINİYA (2377, 10-cu yer) - 1,5:2,5

Zeynəb Məmmədyarova (2285) – Kristina-Adela Foyzor (2402) - 0,5:0,5
İrina Bulmaqa (2380) – Gülnar Məmmədova (2324) - 0,5:0,5
Turkan Məmmədyarova (2245) – Yelena-Luminita Kosma (2352) - 0,5:0,5
Mixaela Sandu (2246) – Nərgiz Umudova (2208) - 1:0

Qeyd edək ki, ilk turda kişilərdən ibarət millimiz Lüksemburqa, qadın şahmatçılarımız isə Puerto-Rikoya 4:0 hesabı ilə qalib gəlib.