14:14 29-08-2012
news_image
983
DİGƏR NÖVLƏR

“Topaz Cup”ın qalibi bilindi

“Topaz”ın dəstəyi ilə həvəskarlar arasında keçirilən çimərlik futbolu üzrə turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, finalda “Socar Azərbaycan” - "Borusan BMGS" komandaları üz-üzə gəliblər.

Gərgin keçən görüşdə birincilər 5:4 hesabı ilə qalib gələrək, “Topaz Cup»ın qalibi adını qazanıblar. Turnirdə 3-cü yeri “Okean” komandası tutub.

Qaliblər Çimərlik Futbolu Federasiyası və “Topaz” tərəfindən hədiyyələrlə təltif olunublar. Azərbaycanda müxtəlif idman növlərini dəstəkləyən “Topaz” çimərlik futbolu üzrə keçiriləcək Super Liqa oyunlarını da dəstəkləyəcək.

Xatırladaq ki, “Topaz” Azərbaycanda fəaliyyət göstərən qanuni mərc oyunudur və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir. Burada mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. “Topaz” öz iştirakçılarının uduşlarına dövlət təminatı verir.