21:16 30-08-2012
news_image
2382
STOLÜSTÜ OYUNLAR

Yığmalarımızdan növbəti qələbə - YENİLƏNİB

İstanbulda keçirilən şahmat Olimpiadası davam edir. Apasport.az saytının məlumatına görə, yarışın III günündə Azərbaycan yığmalarının rəqibləri Farer adaları və Danimarka milliləri olub.

Belə ki, ilk 2 turda Lüksemburq və İrlandiyaya qalib gələn kişilərdən ibarət millimiz bu dəfə Farer adalarının şahmatçılarına “dərs keçib”. Yalnız Eltac Səfərlinin büdrədiyi turda digər şahmatçılarımız qələbə qazanıb. Kapitanımız Vladimir Tukmakovun komandası bununla da ardıcıl 3-cü qələbəsini qazanıb.

Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət millimiz isə Rumıniyaya uduzduğu heyətlə Danimarkanı darmadağın edib. Bu dəfə bütün şahmatçılarımız lövhə arxasından qalib kimi ayrılıb.

30 avqust
III tur

Kişilər
FARER ADALARI (2364) – AZƏRBAYCAN (2693) - 0,5:3,5
Helki Dam Ziska (2469) – Teymur Rəcəbov (2788) – 0:1
Eltac Səfərli (2620) – Con Arni Nielsen (2372) – 0,5:0,5
Con Rodqaard (2354) – Rauf Məmmədov (2634) – 0:1
Qədir Hüseynov (2613) – Con Andreasen (2260) – 1:0


Qadınlar
AZƏRBAYCAN – DANİMARKA (2099) - 4:0
Oksana Vovk (2159) – Zeynəb Məmmədyarova (2285) – 0:1
Gülnar Məmmədova (2324) – Suzanna Quindi (2132) – 1:0
Luiza Frederika (2091) – Türkan Məmmədyarova (2245) – 0:1
Nərgiz Umudova (2208) – Mariya Frank-Nilsen (1983) – 1:0