11:07 31-08-2012
news_image
1333
DÖYÜŞ NÖVLƏRİ

18 Azərbaycan çempionu

Hövsan Olimpiya İdman Kompleksində 1998-1999-cu il təvəllüdlü yeniyetmələr arasında boks üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda respublikamızın ayrı-ayrı şəhər və rayonlarını təmsil edən 35 komandanın 200-ə yaxın boksçusu qələbə uğrunda mübarizə aparıb.

18 çəki dərəcəsi üzrə keçirilən turnirdə özünü yaxşı tərəfdən göstərən idmançılar milli komandanın heyətinə cəlb ediləcək və oktyabrda Rusiyanın Anapa şəhərində keçiriləcək məktəblilərin Avropa birinciliyində qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, ölkə birinciliyinin ən texnikalı boksçusu adına 46 kq çəki dərəcəsində yarışan Naxçıvan nümayəndəsi Sərxan Əliyev layiq görülüb. Anar Babanlı isə “ən yaxşı hakim” nominasiyasında fərqlənib.

Final görüşünün nəticələri:

38,5 kq. Orxan Həsənov (Şəmkir) - Malik Həsənov (Neftçi) ikinci texniki qələbə ilə qalib gəlib.
40 kq. Bahadur Göyçəyev (Siyəzən) - Rəhim Paşayev (Neftçi) - 0:5
41,5 kq. Röyal Məmmədov (Neftçala) - Tofiq İsmayılov (Naxçıvan) - 3:2
43 kq. Bəxtiyar Qazıbəyov (Rabitə) - Nihad Quliyev (Naxçıvan) - 5:0
44,5 kq. Ümüd Rüstəmov (DİN İC) - Orxan Həsənov (Lənkəran) - 5:0
46 kq. Sərxan Əliyev (Naxçıvan) - Heydər Əlili (Lənkəran) - 3:2
48 kq. Ayxan Tağızadə (Rabitə) - Əli Eyniyev (Astara) - 3:2
50 kq. Mirağa İsmayılov (Neftçala) - Pərviz Quliyev (Ağcabədi) - 2:3
52 kq. Özcan Kərimov (Rabitə) - Nurlan Əmirxanlı (Tərtər) - 2:3
54 kq. Dərbənd Əliyev (Hövsan) - Tural Qasımov (Rabitə) birinci texniki qələbə ilə qalib gəlib.

56 kq. İlkin Hüseynov (Lənkəran) - Sənan Məmmədov (Neftçi) - 0:5
59 kq. Elnur Qəhrəmanov (Hövsan) - Azər Nuriyev (Cəlilabad) - 2:3
62 kq. Rüfət Əliyev (Şəmkir) - Seymur Baxışov (MOİK) - 2:3
65 kq. Hacı Dilbazov (Rabitə) - Fariz Kərimov (Zenit) - 5:0
68 kq. Əhməd Qədirov (Rabitə) - Məmmədəli Həsənzadə (Naxçıvan) ikinci texniki qələbə ilə qalib gəlib.

72 kq. Nurlan Axundov (Təhsil) - Rasim Çobanlı (UGİM) - 2:3
76 kq. Nihad Orucov (Naxçıvan) - Əlizamin Ağayev (Neftçi) - 3:2
+76kq. Məhəmməd Abdullayev (Təhsil) - Rüstəm Həsənov (Rabitə) - 5:0