21:38 31-08-2012
news_image
5089
STOLÜSTÜ OYUNLAR

Millimiz erməniləri mat qoyub, almanlarla heç-heçə oynadı

İstanbulda keçirilən Ümumdünya Şahmat Olimpiadasında bu gün Azərbaycan millilərini çətin sınaq gözləyir. Apasport.az saytının məlumatına görə, IV turda zəka sahiblərimiz kifayət qədər ciddi rəqiblərlə qarşılaşacaqlar. Bu səbəbdən də hər 2 millimiz əsas heyətə üstünlük verəcək.

Belə ki, ilk 3 turu qələbə ilə başa vuran kişilərdən ibarət komandamız Almaniya şahmatçıları ilə qüvvələrini sınayacaqlar. Bundan öncəki turlarda liderlər - Teymur Rəcəbovla Şəhriyar Məmmədyarova istirahət verən Vladimir Tukmakov bu dəfə onları “ağlarla” oynadacaq. O, orta reytinqi 14-cü olan almanlarla dueldə ilk 3 matçda çıxış edən Rauf Məmmədovun (2634) istirahət etməsinə ehtiyac duyub.

Hazırda 4-cü pillədə qərarlaşan millimizin rəqibi keçməsi üçün isə istənilən hesablı qələbə kifayətdir. Çünki bizi 1 pillə qabaqlayan Almaniya da həmyerlilərimiz kimi hələ uduzmasa da, əlavə göstəricilərə görə üstündür.

Qadın şahmatçılarımız isə Ermənistan yığması ilə qarşılaşacaq. Kapitanımız Fikrət Sideifzadə son 2 turdan sonra heyətdə dəyişiklik edib. O, orta reytinqinə görə 8-ci olan ermənilərə qarşı 4 lövhədə Nərgiz Umudovanı (2208) Xəyalə İsgəndərova ilə əvəzləyib. Millimiz Lüksemburqla Danimarkaya qalib gələrək, Rumıniyaya uduzduğu kimi rəqibimiz də 2 qələbə (İordaniya 3:1, İsveçrə 3:1) qazanıb və 1 dəfə (Hindistana 1,5:2,5) məğlub olub. Həmişə ermənilərə qarşı iddialı oynayan yığmamızın bu dəfə də eyni uğuru təkrarlayacağı inandırıcıdır.

31 avqust
IV tur


AZƏRBAYCAN (2693) – ALMANİYA (2667) - 2:2
Teymur Rəcəbov (2788) – Arkadi Naydiç (2712) - 1:0
İqor Henkin (2656) – Eltac Səfərli (2620) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (2729) – Georg Meyer (2648) - 0,5:0,5
Daniel Fridman (2653) – Qədir Hüseynov (2613) - 1:0

Turnir cədvəli: 1-2. ABŞ , 2. Çin (28), 3. Almaniya (26), 4. Azərbaycan (24,5).


AZƏRBAYCAN (2266) – ERMƏNİSTAN (2404) - 2,5:1,5
Zeynəb Məmmədyarova (2285) – Elina Danielyan (2476) - 1:0
Lilit Mkrtçyan (2454) – Gülnar Məmmədova (2324) - 1:0
Türkan Məmmədyarova (2245) – Lilit Qaloyan (2349) - 1:0
Mariya Kursova (2338) – Xəyalə İsgəndərova (2205) - 0,5:0,5

Turnir cədvəli: 1. Hindistan (26.0), 2. Rusiya (24.5), 3-4. Çexiya, Slovakiya (24.00) – 6, ...25. Ermənistan (21), ...35. Azərbaycan (14.0) - 4.