09:16 02-09-2012
news_image
1184
STOLÜSTÜ OYUNLAR

İstanbulda daha 2 qələbə

Şahmat Olimpiadasında V turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, İstanbulda keçirilən yarışda uğurlu çıxış edən Azərbaycan milliləri növbəti qələbələrini qazanıblar.

Belə ki, kişilərdən ibarət yığmamız kanadalı zəka sahiblərini 3,5:0:5 hesabı ilə məğlub edib. Vladimir Tukmakovun Eltac Səfərliyə istirahət verdiyi turda yalnız Qədir Hüseynov xal bölgüsünə razı olub. Nəticə Olimpadada aktivindəki xalların sayını 9-a çatdıran millimiz 3-cü pilləyə yüksəlib.

Onlarla yanaşı, Fikrət Sideifzadənin kapitanı olduğu qadınlardan ibarət yığmamız da eynihesablı qələbəyə sevinib. Həmyerlilərimizdən Zeynəb Məmmədyarova heç-heçə edib. V turdan sonra 8 xala malik komandamız 10-cu pillədə qərarlaşıb.

AZƏRBAYCAN (2693) – KANADA (2479) – 3,5:0,5
Bator Sambuyev (2523) – Teymur Rəcəbov (2788) – 0:1
Şəhriyar Məmmədyarov (2729) – Leonid Qerjoy (2448) – 1:0
Nikolay Noritsın (2472) – Rauf Məmmədov (2634) – 0:1
Qədir Hüseynov (2613) – Erik Hansen (2472) – 0,5:0,5

Turnir cədvəli: 1. Ermənistan (84,0) - 10, 2. Rusiya (77,0), 3. Azərbaycan (84,0) – 9.

AZƏRBAYCAN (2266) – MONQOLUSTAN (2286) – 3,5:0,5
Zeynəb Məmmədyarova (2285) – Batxuyaq Munqutuul (2434) – 0,5:0,5
Tuvşintuqs Batçimeq (2311) – Gülnar Məmmədova (2324) – 0:1
Türkan Məmmədyarova (2245) – Bayamunx Anxçimeq (2167) – 1:0
Senqeravdan Otqonyarqal (2146) – Nərgiz Umudova (2208) – 0:1

Turnir cədvəli: 1. Rusiya (89,0) – 10, 2. Çin (85,5), 3. Serbiya (75,5) – 9... 10. Azərbaycan (69,0) – 8.

Qeyd edək ki, Olimpiadada bu gün istirahət günüdür.