22:45 03-09-2012
news_image
2165
STOLÜSTÜ OYUNLAR

Yığmamız Xorvatiyaya qalib gəlib, Ukrayna uduzdu - YENİLƏNİB

Bu gün şahmat üzrə Olimpiadada növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 1 günlük istirahətdən sonra Azərbaycan milliləri 6-cı rəqiblərini sınağa çəkiblər.

Vladimir Tukmakovun başçılıq etdiyi kişilərdən ibarət millimiz Xorvatiyaya qarşı oynayıb. Ukraynalı Olimpiya çempionu ağ fiqurlarla oynamağı liderlərə etibar edib və onlar da qələbəmizi təmin ediblər. Nəticədə VI turdan sonra komandamız əsas rəqiblərinin xal itkisindən yararlanaraq, onlarla fərqi aradan qaldırıb. Təmsilçilərimiz indi onlardan əlavə göstəricilərə görə geri qalır.

Kişi şahmatçılardan fərqli, qadınlardan ibarət yığmamız məğlubiyyətlə üzləşib. Fikrət Sideifzadənin komandası güclü Ukrayna yığmasına 0,5:3,5 hesabı ilə uduzub. Həmyerlilərimizdən yalnız Gülnar Məmmədova heç-heçə edib. Bu məğlubiyyət isə millimizin 11 pillə geriləməsinə səbəb olub.


3 sentyabr
VI tur


Kişilər
AZƏRBAYCAN (2693) – XORVATİYA (2617) – 3:1

Teymur Rəcəbov (2788) – İvan Sariç (2638) – 1:0
Mladen Palaç (2599) – Eltac Səfərli (2620) – 0,5:0,5
Şəhriyar Məmmədyarov (2729) – Ante Brkiç (2587) – 1:0
Zdelko Kojul (2616) – Rauf Məmmədov (2634) – 0,5:0,5

Turnir cədvəli: 1. Rusiya (121,0), 2. Ermənistan (118,0), 3. Azərbaycan (107,0) – 11, …16. Xorvatiya – (90,0) – 9.

Qadınlar
UKRAYNA (2471) – AZƏRBAYCAN (2266) – 0,5:3,5

Katerina Laqno (2542) – Zeynəb Məmmədyarova (2285) – 0:1
Gülnar Məmmədova (2324) – Mariya Muzıçuk (2466) - 0,5:0,5
Natalya Jukova (2442) – Türkan Məmmədyarova (2245) – 1:0
Xəyalə İsgəndərova (2205) – Anna Uşenina (2433) – 1:0

Turnir cədvəli: 1. Rusiya (121,0), 2. Polşa (119,0) – 11, Çin (126,5), 4. Ukrayna (76,0) -10, ...21. Azərbaycan (89,0) – 8.